Piyada keçidinin tiktinisi niyə dayandırıldı? – Gülməli və ağlamalı səbəb – Foto
    • 17-09-2018, 17:17
    • 895

Piyada keçidinin tiktinisi niyə dayandırıldı? – Gülməli və ağlamalı səbəb – Foto

Bakı-Quba yolunun 27-ci km-də yerüstü keçidin tikintisində səhvə yol verilib

Son illərdə magistral yollarda yerüstü piyada keçidləri inşa edilir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bir çox hallarda ya düzgün yerdə, ya da düzgün qaydada quraşdırılmır. Bir neçə gün əvvəl Ceyranbatan qəsəbəsində kənarları açıq olduğu üçün qadınların keçə bilmədiyi piyada keçidi barədə məlumat vermişdik. Bu dəfə isə daha acınacaqlı bir mənzərə var.

 Bakı-Quba yolunun 27-ci km-də yerüstü piyada keçidinin tikintisi başlayıb. Proses təxminən bir il əvvəl start götürsə də, iş bir neçə aydır dayandırılıb. Nədənsə yolun hər iki tərəfində əsas dirəklər tikiləndən sonra “görüblər” ki, keçidin tikildiyi ərazi yüksək gərginlikli elektrik xətlərinin altına düşür. Bununla da işi saxlayıblar. Halbuki fotolardan da göründüyü kimi, bir neçə metr kənarda bu iş başlasaydı normal da olardı.

Bu yerdə sadəcə bir məsələ qalır. Yəqin ki, tikintiyə sərəncam verən şəxsin yüksəklik qorxusu var və başını qaldırıb göyə baxa bilmir. Yanindakılar isə çox güman ki, gördükləri işin məsuliyyətini dərk etmir və ümumiyyətlə bu işdən anlayışları yoxdur. Dövlətin bu qədər pulunu havaya sovuranlara bundan başqa ad tapmaq olmur.

avtosfer.az