
-
- 27-02-2025, 17:28
- 331
Azərbaycan Memarlıq və İnşaat Universiteti “Edumeta Academy” ilə əməkdaşlıq edəcək – FOTO
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “Edumeta Academy” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
News24.az xəbər verir ki, müqaviləyə əsasən, AzMİU-nun Memarlıq, İnşaat mühəndisliyi və Geodeziya ixtisasları üzrə təhsil alan tələbələri ödənişsiz təcrübə proqramlarında iştirak edəcək, işlə təmin olunacaq və akademiyanın kurslarına xüsusi endirimlər qazanacaqlar.
Tələbələr həmçinin, “Edumeta Academy” tərəfindən tədris olunan bütün proqramlara 50% endirimlə qoşula biləcəklər. Məqsəd “Edumeta Academy”nin memarlıq və tikinti sektoruna savadlı kadrların qazandırılması, gənclər arasında məşğulluğun artırılması həmçinin tələbələrin fərdi inkişafını dəstəkləməkdir.