Məsciddə partlayış - Hədəf görün kim imiş

Məsciddə partlayış - Hədəf görün kim imiş Dünya

Pakistanın Akora şəhərində Darul Ulum Haqqaniyyə mədrəsəsinə bağlı məsciddə partlayış baş verib.

News24.az xəbər verir ki, bomba cümə namazından sonra partlayıb. Bu, Ramazandan əvvəl son cümə namazı olduğu üçün məsciddə çoxlu ibadət edənlər olub. 

Hadisə zamanı 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

Eyni zamanda, Xayber Paxtunxva Polisinin (IGP) müfəttişi Zülfiqar Həmid Geo News-a bildirib ki, hücumun hədəfi Mövlana Sami-ül-Haq Haqqaninin oğlu Maulana Hamid-ul-Haq Haqqani olub. O aldığı xəsarətlərdən dünyasını dəyişib.

Rəsmi həmçinin bildirib ki, polis qrupları partlayış yerində olub və ətrafda axtarışlar aparılıb. 

Günel Məlikzadə


Məsciddə partlayış - Hədəf görün kim imiş