Birgə yaşadığı kişini pedofillikdə günahlandırdı 14 yaşlı qıza cinsi zorakılıq
    • 30-07-2019, 00:57
    • 1 173

Birgə yaşadığı kişini pedofillikdə günahlandırdı 14 yaşlı qıza cinsi zorakılıq

Paytaxtın Suraxanı rayonu ərazisində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər olunması ilə bağlı həyəcan siqnalı daxil olub.
News24.az -a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 14 yaşlı Rusiya vətəndaşı atalığının onu müntəzəm şəkildə zorlamasından şikayət edib.
Qaraçuxur sakini 46 yaşlı N.D. iyulun 27-də Suraxanı rayonu 32-ci polis bölməsinə müraciət edib. O bildirib ki, Quba rayon sakini, vətəndaş nikahında yaşadığı 36 yaşlı S.Məmmədov həmin gün təxminən günorta saat 16.00 radələrində onun 14 və 8 yaşlı qızlarını döyüb. "Ər"in bədnam əməlləri də həmin vaxt ortaya çıxıb. Ana böyük qızının daim atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığını öyrənib. 
Hazırda hüquq-mühafizə orqanları kişinin zorlama hadisəsində günahkar olub-olmaması faktını araşdırır. Məsələ ilə bağlı müvafiq məhkəmə-tibbi ekspertizaları təyin edilib.