Suraxanıda maşınla vurulan yaşlı qadın canından oldu
    • 12-07-2019, 23:07
    • 1 637

Suraxanıda maşınla vurulan yaşlı qadın canından oldu

Əmircan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış 65-70 yaşlı qadın yerləşdirildiyi xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 10-da saat 23 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 65-70 yaşlı qadın vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs iyulun 11-də orada ölüb.

Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.