Keşlədəki aptekdə silah çıxardılar
    • 30-07-2019, 01:05
    • 655

Keşlədəki aptekdə silah çıxardılar

Bakı apteklərindən birinin satıcısı üçün gecə növbəsi ürəktutması ilə nəticələnə bilərdi, görünür, Allahın ona yazlığı gəlib. Tükürpədən hadisənin şahidlərindən biri də 34 yaşlı Turan Cəlaləddinovdur. 
Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, iyulun 25-də, gecə satıcı aptekdəki işinin başındaymış. Bu zaman Keşlə qəsəbəsindəki Sabir küçəsində yerləşən əczaxanaya bir kişi və yeniyetmə uşaq daxil olub. Sonra naməlum kişi əynindəki futbolkanın altından tapançaya oxşar bir əşya çıxarıb və onu yanındakı oğlana verib. Həmin an Cəlaləddinova elə gəlib ki, naməlum adam silahlı hücuma hazırlaşır. Amma tapançanı oğlana verdikdən sonra kişi oğlanı aptekdən çıxarır, özü də dərman alandan sonra onun arxasınca gedir.