Qazaxıstanda qatar toqquşdu - 11 vaqon relsdən çıxdı
Hadisə
Qazaxıstanın Atırau vilayətində Tendik stansiyası yaxınlığında yük qatarı ilə toqquşma baş verib, nəticədə 11 vaqon və lokomotiv relsdən çıxıb.
News24.az xəbər verir ki, bu barədə “NK Kazakhstan Temir Joly” (Qazaxıstan Dəmir Yolları) ASC-nin mətbuat xidməti məlumat yayıb.
Hadisənin martın 1-də səhər saat 10:20 radələrində baş verdiyi bildirilir. “Qəza nəticəsində lokomotiv heyətinin üzvləri xəsarət alıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, 2024-cü ildə dəmir yolu keçidlərində avtomobil sürücülərinin yol hərəkəti qaydalarını pozması nəticəsində 28 yol-nəqliyyat hadisəsi baş verib.
Aynurə