Xaçmazda ev şəraitində doğuş faciə ilə nəticələndi

Xaçmazda ev şəraitində doğuş faciə ilə nəticələndi Hadisə

Xaçmazda körpə evdə doğuş zamanı ölüb.

News24.az xəbər verir ki, hadisə dekabrın 25-də rayonun Yergüc kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü Təranə Alik qızı Əliyeva yaşadığı evdə doğuş edib, ancaq körpə ölüb.

Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır. (report.az)