Sürücülərin diqqətinə: Bakıda bu ərazidə dayanma-durma qadağan edildi – FOTO
    • 30-07-2019, 12:29
    • 3 099

Sürücülərin diqqətinə: Bakıda bu ərazidə dayanma-durma qadağan edildi – FOTO

Bakıda daim tıxacların yaşandığı 3-cü mikrorayon dairəsinin ətrafına avtomobillərin saxlanması qadağan edilir.

News24.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün 3-cü mikrorayon dairəsindən üzü 3-cü mikrorayon bazarı istiqamətində dayanma durmanı qadağan edən yol işarəsi quraşdırıb.

Qeyd edək ki işarə quraşdırılan müddətə qədər onlarca sürücü bu ərazidə BNA tərəfindən cərimələnib.