-
- 30-09-2019, 18:37
- 847
Bakı Nəqliyyat Agentliyindən Tahir Kərimliyə cavab: "PİYADA GETSİN"..."
Bakı Nəqliyyat Agentliyi (BNA) Milli Məclisin deputatı Tahir Kərimlinin qurumla bağlı səsləndirdiyi iradlara münasibət bildirib.
News24.az-ın xəbərinə görə, agentliyin yaydığı məlumatda bildirilib ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli inzibati tənbeh vermə haqqında qərarın Mərkəzi İnformasiya Sisteminin məlumatları əsasında tərtib edildiyini yaxşı bilir.
“Vəfat etmiş şəxsin nəqliyyat vasitəsini idarə edən sürücü avtomobilin müvafiq qaydada rəsmiləşdirməni icra etməlidir ki, belə hallar yaşanmasın. Məsələnin BNA-nın səhvi kimi Parlamentin plenar iclasında səsləndirilməsi təəccüb doğurur. Millət vəkilinin sədri olduğu partiyanın qərargahı qarşısında nəqliyyat vasitəsini saxlaya bilməməsinə gəlincə bildiririk ki, ərazidə dayanma və durmanı qadağan edən nişan varsa, statusundan asılı olmayaraq hamı bu tələbə əməl etməlidir. Digər bir yandan partiya qərargahından piyada 10 dəqiqəlik məsafədə Qış parkı avtomobil dayanacağı yerləşir.
Düşünürük ki, Tahir Kərimli nəqliyyat vasitəsini dayanacaqda park edib, partiya qərargahına piyada getməklə digər vətəndaşlara da çox gözəl nümunə ola bilərdi. Cərimələrdən faiz tutulmasına da aydınlıq gətirərək bildiririk ki, dayanma-durma qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrə görə ödənilən vəsaitlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət büdcəsinə daxil olur. BNA əməkdaşlarının əmək haqları cərimələrdən formalaşmır”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, millət vəkili Tahir Kərimli Bakı Nəqliyyat Agentliyindən şikayətlənib. Milli Məclisin payız sessiyasının ilk iclasında "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Tahir Kərimli deyib ki, şəxsən o, Bakıda avtomobili saxlamaq üçün parklanma yeri tapa bilmir. Millət vəkili bildirib ki, avtomobillər dayanma ilə əlaqədar dərhal cərimələnir və bu, insanlarda narazılıq doğurur. O qeyd edib ki, BNA ölmüş şəxsə cərimə yazıb.