Bakıda klinikada şok cinayət - 3 nəfər tutuldu
    • 30-07-2019, 12:59
    • 776

Bakıda klinikada şok cinayət - 3 nəfər tutuldu

Bakıda klinikadan avadanlıqları oğurlamış şəxslər tutulub.

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 17-də rayon ərazisindəki klinikaların birindən tibb avadanlıqları, santexnika ləvazimatları, 2 ədəd soyuducu, 10 ədəd radiator, mikroskop, 2 ədəd divan və 6 ədəd televizor oğurlamaqda şübhəli bilinən şəxslər müəyyənləşib. Bakı şəhər sakinləri Ə.Əkbərov, A.Abduləliyev və S.Yarıyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır. /publika.az/