Bakıda qarajdan 6 min manatlıq OĞURLUQ EDİLDİ
    • 13-04-2020, 11:52
    • 763

Bakıda qarajdan 6 min manatlıq OĞURLUQ EDİLDİ

Bakıda qarajdan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-dən 11-dək olan müddətdə rayon ərazisindəki qarajların birindən 6000 manat dəyərində mobil telefon, 6 ədəd fotoaparat, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ. Həsənov saxlanılıb.

Araşdırma aparılır.