Bakı polisi ürək tutmasından yıxılan şəxsi ölümdən son anda xilas etdi - VİDEO
    • 30-07-2019, 14:25
    • 815

Bakı polisi ürək tutmasından yıxılan şəxsi ölümdən son anda xilas etdi - VİDEO

Bakının Qaradağ rayonunda küçənin ortasında bir kişinin ürəyi tutub.

 Bildirir ki, hadisə şahidlərinin verdikləri məlumata görə, həmin şəxs maşın yolunun ortasında yerə yıxılıb.

Olay Lökbatan qəsəbəsində qeydə alınıb.

Yoldan keçən yol polisləri dərhal yerə yıxılan şəxsə yaxınlaşıblar.

Polis əməkdaşları 99 YP 258 nömrəli yol polisi maşını ilə ürək tutmasından yıxılın şəxsi təcili olaraq xəstəxanaya çatdırıblar.

Yol polislərinin səyi nəticəsidnə həmin şəxs ölümdən xilas olub. /baku. ws/