Bakı metrosunda gərgin anlar- Gənc qız ölümdən xilas etdi
    • 1-10-2018, 10:37
    • 1 870

Bakı metrosunda gərgin anlar- Gənc qız ölümdən xilas etdi

Bu gün Bakı metropoliteninin "Gənclik" stansiyasında gərgin anlar yaşanıb.

News24.az  xəbər verir ki, 50-55 yaşlarında bir kişinin ürək tutmasından halı pisləşib və o özündən gedib. Sərnişinlərdən biri, 23 yaşlarında gənc qız xəstənin həyatını xilas etmək üçün ilk yardım göstərib. Hadisə şahidlərinin dediyinə görə, təcili yardım həkimləri hadisə yerinə çağırışdan 17 dəqiqə sonra gəliblər. Bu müddətdə gənc xanım xəstəyə ürək masajı edərək onu  həyata bağlayıb. Son aldığımız məlumata görə, xəstə həyatdadır, vəziyyəti sabit ağırdır. Xəstəyə ilk yardım göstərən xanımın isə "Liatris Holding" şirkətinin əməkdaşı, Tibb Universitetinin məzunu Leylan Vaqifqızı olduğu məlum olub.