-
- 30-07-2019, 18:40
- 1 639
"11 ildən sonra eyni qəzanın baş verməsinin səbəbi..." Hərbi ekspert - ŞƏRH
İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin axtarışları davam etdirilir.
News24.az bildirir ki, ilkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Təəssüflər olsun ki, bu, "MiQ-29”la bağlı baş verən ilk qəza deyil.
11 il əvvəl də oxşar hadisə yaşanıb. 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot – Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Ə.Aslanovun nəşi bir neçə gün sonra dənizdə aşkarlansa da, F.Əsgərovun meyitini tapmaq mümkün olmayıb.
Bəs, təkrar eyni hadisənin yaşanmasının səbəbi nədir?Bu hadisənin “MiQ-29” təyyarələrinin keyfiyyəti ilə əlaqəsi varmı?
Məlumat üçün bildirək ki, MiQ-29 təyyarəsi Rusiya istehsalıdır və 1971-ci ildən istifadədədir. Bu, iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsidir. Qırıcı öz ölçülərinə görə daha böyük olan Su-27 ilə birlikdə ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb.
Hərbi ekspert Üzeyir Cəfərov hadisənin baş vermə versiyalarını News24.az-a şərh edərkən bildirib ki, oxşar hadisənin yaşanmasının “MiQ-29” təyyarələrinin 70-ci illərdə istehsal olunması ilə əlaqəsi yoxdur: “Bu qəzadan heç kim sığortalanmayıb. “Bu təyyarələr köhnəlib, onlar 70-ci illərdə istehsal olunub deyə qəza baş verib” fikirləri doğru deyil. Bu, bilirsiz nəyə bənzəyir? Şəhərimizdə 70-ci illərin istehsalı olan avtomobillər şütüyür. O avtomobillər bəzi hallarda 2018, 2019-cu ilin istehsalı olan avtomobillərdən həm yaraşıqlıdır, həm də keyfiyyyətlidir. Çünki detalları vaxtlı-vaxtında dəyişdirilir, onlara yaxşı texniki qulluq göstərilir. “MiQ-29”lar da belədir”.
Ekspertin fikrincə, burda diqqətçəkən başqa məqamlar var: “Bu təyyarələr, Ukraynada təmir olunur və onlar Azərbaycanın seçdiyi texniki avadanlıqlarla təchiz olunur. Naviqasiya, rabitə cihazları müntəzəm yenilənir və həmin təyyarələr işlək vəziyyətə gətirilir. Tam yoxlanılandan sonra Azərbaycan tərəfinə verilir”.
Ü.Cəfərovun firkincə, burada bir neçə maraqlı və ciddi nüanslar var: “Bilirsiniz ki, Rəşad Atakişiyev polkovnik leytenant, hərbi hissə komandirinin müavinidir. Hadisə baş verəndə onunla birgə daha iki təyyarə havaya qalxıb. Onlardan ikisi aeredroma enib, üçüncü isə yox. Bu adam hərbi hissə rəhbərinin müavini və peşəkar pilotdur. Onun hansısa səhvə yol verməsi istisnadır. Eyni zamanda o, özü pilot hazırlayır. Ekstremal şəraitləri yüksək səviyyədə bildiyi üçün onlara təlim keçir. Bəs, eləsə, nədən birdən-birə “MiQ-29” sanki söndürülmüş vəziyyətdə, daş kimi dənizə düşüb? Fikrimcə, burda bir məsələyə diqqət yönəlməlidir. İyulun 18-dən Rusiyanın Cənub Hərbi Dairəsinin Xəzər dənizində radioelektron mübarizə qoşunları təlimlərə başlayıb. Onların da əsas vəzifəsi 300 kilometrədək məsafədə uçan təyyarə, yaxud da, digər qurğuları asanlıqla təsbit edib onlara elektron müdaxilə etməkdir. Yəni təyyarələr havada ikən elekromaqnit təsir göstərməklə avadanlığı çaşdırmaq və fəaliyyətini dayandırmaqdır. Mütləq deyil ona raket, yaxud, top atasan. Təyyarənin qəzaya uğradığı ərazidə təlim keçən Rusiya qoşunları, gecə saatlarında döyüş təyyarəsinin onların üzərinə gəldiyini düşünüb. Bilərəkdən və ya bilməyərəkdən həmin döyüş təyyarəsini etkisiz hala gətirmək, zərərsizləşdirmək üçün istənilən qərar verilə bilər. Bu, komandanlıq tərəfindən də ola bilər, növbə rəisi tərəfindən də”.
Hərbi ekspertin fikrincə, ikinci versiyaya görə, təyyarədə kimin olduğu öncədən bilinib: “Bunu yüz faiz əminliklə demirəm, amma ola bilsin ki, onlar həmin təyyarələrin kimə məxsus olması ilə bağlı müəyyən bilgilərə malik olublar və ilk olaraq Rəşadı seçiblər. İndi bəzi diletantlar deyəcək ki, orda üç təyyarə vardı, niyə məhz o? Qeyd edim ki, radioelektron sistem bir hədəfə yönəldilir, o hədəf sıradan çıxarılandan sonra digərinə keçilir. Yəni, eyni vaxtda üç-dörd nəfər hədəf olmur. Bir texnika zərərsizləşdiriləndən sonra digərinə yönəldilir”.
Üzeyir Cəfərov bir diqqət çəkən məqamı da nəzərə almağı zəruri sayır: “İstənilən pilotun üzərində radar qurğusu olur. Əgər təyyarədə qəza baş verərsə, pilot onu avtopilot vəziyyətə- keçirir, yəni, katapult edir. Katapult hansı əraziyə düşə, 6 saat ərzində həmin radar- “mayaçok” siqnal verir. Və təyyarənin axtaran dəstə, qrup o radar vasitəsi ilə yeri müəyyənləşdirir. İstəyir suyun altı, istəyir meşəlik olsun. Onu tapmaq mümkün olur. Əminəm ki, o qurğu Rəşadın da üstündə olub. Əgər düşündüyüm kimi, həmin elektron qurğular Rəşadı hədəf seçibsə, radar radioelektron vasitənin təsiri ilə fəaliyyətini dayandırıb. Ona görə də pilotun tapılması belə bir problemə çevrilib. Görün, neçə gündür axtarışlar aparılır. Təyyarənin düşdüyü yer, kvadrat müəyyənləşdirilib. Amma hələ tam tapılıb çıxarılmayıb. Əgər o qurğu işlək vəziyyətdə olsaydı, təyyarə də, Rəşad da çox tez tapılardı. Təyyarə partlamayıb, yanmayıb, radardan itib. Vurulsaydı, o, radarda təsbit olunardı”.
Ekspertin fikrincə, bu məsələlər sonadək tam araşdırılmalıdır: “Bu məsələ birinci dəfə deyil bizim başımıza gəlir. Şimal qonşumuz istəyirdi ki, bu təyyarələr orada təmir olunsun. 3 ildir ki, bu təyyarələr Ukraynada təmir olunub quraşdırılırdı və heç bir problem də yox idi.
Azərbaycanın növbəti illərdə təyyarələri təmir üçün Ukraynaya verməməsi üçün də, belə bir addımın atılması ehtimal edilə bilər. Bütün bunların bilərəkdən və ya bilməyərəkdən baş verməsi versiyaları ciddi şəkildə araşdırılmalıdır. Bunlar adi məsələlər deyil. Ölkəmizin bilavasitə təhlükəsizliyi və müdafiəsi ilə bağlı məsələlərdir. Ona görə də mən bu məsələnin qapalı qalmamasının tərəfdarıyam”.
Üzeyir Cəfərov təyyarə tapılandan sonra onun qara qutusunun Rusiyaya göndərilməsinin əleyhinə olduğunu da qeyd edib: “Narahat olduğumuz məqamlardan biri kimi şimal qonşumuzun adını çəkiriksə, təyyarənin qara qutusu heç bir halda Rusiyaya göndərilməməlidir.
Fikrimcə, `qara qutu` tədqiq edilmək üçün NATO qurumlarına həvalə olunmalıdır. Çünki indiyədək baş verən aviaqəzalardan sonra `qara qutular` Rusiyaya göndərilib və onların səbəbləri ilə bağlı ekspertizaların nəticələri Azərbaycan tərəfinə təqdim edilməyib”.