Ermənistandakı zəlzələ Azərbaycanı da SİLKƏLƏDİ

Ermənistandakı zəlzələ Azərbaycanı da SİLKƏLƏDİ Hadisə

Ermənistanın Lori bölgəsində 4,6 bal gücündə zəlzələ olub.

News24.az xəbər verir ki, bu barədə Ermənistan qurumları məlumat yayıb.

Məlumata görə, yeraltı təkan yerli vaxtla saat 09:27-də Vanadzor şəhərindən 17 km şimal-qərbdə qeydə alınıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib, Ermənistanda baş verən zəlzələ Qars vilayətində də hiss olunub.

Zəlzələ, həmçinin Gürcüstanda və Azərbaycanın qərb rayonlarında da hiss edilib.