Cərrah bıçağı ilə çəkilmiş portretlər - Rəsədxanada qeyri-adi sərgi
    • 31-07-2019, 14:49
    • 1 734

Cərrah bıçağı ilə çəkilmiş portretlər - Rəsədxanada qeyri-adi sərgi

İyul ayının 30-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) muzeyində ksiloqrafiq rəsmlərdən ibarət sərgi keçirilib.

Rəsəxanadan News24.az-a veriilən məlumata görə, Sərgidə ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun təklifi ilə, AMEA "Azərbaycan Milli Ensiklopodiyası" Elmi Mərkəzinin redaksiya müdiri, rəssam-şair Hüseyn Mirtəqəvinin müəllifi olduğu qırxa yaxın tanınmış dövlət xadimlərinin, dünya dahilərinin və alimlərinin portretləri nümayiş etdirilib.

Müəllifin faner üzərində cərrah bıçağı (neştər) ilə çəkdiyi portretlər dünya üzrə nadir sənət nümunələrindən hesab olunur və Azərbaycanda ilk dəfə olaraq sərgi iştirakçılarına təqdim olunub.

Hüseyn Mürtəqəvi sərgi iştirakçıları qarşısında öz orjinal rəsm texnikasilə bağlı çıxış edərək, onlara digər əsərlərinin elektron variantını göstərib.
Sərgi rəsədxanaya gələn xarici və yerli turistlərin böyük marağına səbəb olub.
Qeyd edək ki, sərgi bir həftə müddətində davam edəcəkdir.