3 yaşlı uşaq faciəvi şəkildə öldü

3 yaşlı uşaq faciəvi şəkildə öldü Hadisə

Balakəndə azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, Hənifə kənd sakini 2022-cü il təvəllüdlü Rəvan Məmmədov yaşadığı evin həyətində su vannasına düşərək boğulub.

Uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo