ABŞ Moskvaya xüsusi nümayəndə göndərir - Putinlə görüşəcək

ABŞ Moskvaya xüsusi nümayəndə göndərir - Putinlə görüşəcək Dünya

Rusiya və ABŞ arasında kifayət qədər intensiv əlaqələr aparılır. 

News24.az-ın xəbər ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofun Moskvaya səfəri ilə bağlı RIA Novosti-yə açıqlama verərkən bildirib.

"ABŞ ilə ikitərəfli əlaqələr hazırkı mərhələdə kifayət qədər intensivdir. Onların səviyyəsi və formatları çox vaxt operativ şəkildə işçi rejimdə razılaşdırılır", - deyə diplomat qeyd edib.

Zaxarova hadisələrin inkişafı ilə bağlı məlumat verəcəyini vəd edib.

Keçən gecə mətbuatda xəbərlər yayılıb ki, Uitkof martın 13-də Moskvaya yola düşəcək və Rusiya prezidenti Vladimir Putin ilə görüşəcək.


Aynurə