Bu ərazilərdə elektrik enerjisi KƏSİLƏCƏK
    • 21-01-2020, 11:01
    • 856

Bu ərazilərdə elektrik enerjisi KƏSİLƏCƏK

Bu gün Abşeron rayonunun 28 May qəsəbəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq. 

Bu barədə News24.az-ın "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. 
Onun sözlərinə görə, fasiləyə səbəb Xırdalan ETSİ-nin xidməti ərazisi olan həmin qəsəbənin elektrik verilişi xətlərində aparılacaq yenidənqurma işləridir.