"Azərişıq" əməkdaşı faciəli şəkildə öldü

"Azərişıq" əməkdaşı faciəli şəkildə öldü Hadisə

Ağsuda kişini elektrik cərəyanı vurub.

News24.az xəbər verir ki, hadisə Çiyni kəndində baş verib.

İlxıçı kənd sakini 31 yaşlı Əhmədzadə Samir Vilayət oğlu elektrik naqili ilə ehtiyatsız davrandığı üçün onu cərəyan vuraraq, öldürüb.

Araşdırma aparılır.

Məlumata görə, mərhum Samir Əhmədzadə Ağsu rayon işıq idarəsində elektrik kimi fəaliyyət göstərib./Lent.az