Şəxsi helikopter qəzaya uğradı: Ölənlər var

Şəxsi helikopter qəzaya uğradı: Ölənlər var Hadisə


ABŞ-ın Şimali Karolina ştatında Pitt-Qrinvil hava limanı yaxınlığında şəxsi helikopter qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

Bildirilib ki, helikopterdə olan 2 nəfər həyatını itirib.

Səlahiyyətlilər qəzaya düşən helikopterin “Beechcraft Bonanza” modeli olduğunu bildirib.

Qəzanın səbəbləri araşdırılır.