İlham Əliyev SƏRƏNCAM imzaladı
    • Dünən, 12:56
    • 2 034

İlham Əliyev SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev Xanlar Rüstəm oğlu Vəliyevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, X.Vəliyev Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.