"Qəbələ" mübarizəni dayandırdı
    • 1-08-2019, 23:09
    • 712

"Qəbələ" mübarizəni dayandırdı

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.
News24.az xəbər verir ki, təmsilçilərimizdən “Qəbələ” də cavab matçına çıxıb. Sənan Qurbanovun komandası Gürcüstanda “Dinamo”nun qonağı olub. Qəbələdəki görüşdə Tbilisi təmsilçisinə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” bu dəfə rəqibin 3 cavabsız qoluna üzülüb. 
Beləliklə, Azərbaycan kubokunun qalibi Avroliqa ilə erkən vidalaşıb.
Qeyd edək ki, "Dinamo" 3-cü mərhələdə Hollandiyanın "Feyenoord" klubu ilə qarşılaşacaq.