Ukraynada azərbaycanlı qardaşını bıçaqladı - qız üstündə
    • 1-08-2019, 23:59
    • 797

Ukraynada azərbaycanlı qardaşını bıçaqladı - qız üstündə

Ukraynanın Sumı vilayətinin Konotop şəhərində iki azərbaycanlının münaqişəsi bıçaqlanma ilə bitib.
Bu barədə yerli mətbuat xəbər yayıb.
Bildirilib ki, 39 yaşlı azərbaycanlı qardaşını bıçaqla yaralayıb.
Hadisə iyulun 31-də baş verib. Əvvəllər beş dəfə məhkum olunmuş, adı hələlik açıqlanmayan soydaşımız Konotopda kafelərdən birində qardaşları ilə birlikdə spirtli içki qəbul edib.
Tədricən onların arasında sözlü münaqişə başlayıb. Sonradan mübahisəyə keçən narazılıq bıçaqlanma ilə yekunlaşıb. Qardaşına qatlama bıçaqla xəsarət yetirən şəxs onu sinəsindən və başından yaralayıb.
Ağır yaralı vəziyyətdə olan zərərçəkən Konotop Şəhər Xəstəxanasına yerləşdirilib.
Bir neçə saat sonra şübhəli şəxs saxlanılıb və həbs edilib.
O, ilkin ifadəsində hadisənin qız üstündə baş verdiyini bildirib.