Qız üstündə dava bıçaqlanma ilə bitdi - yaralının vəziyyəti ağırdır
    • 16-07-2019, 23:56
    • 1 549

Qız üstündə dava bıçaqlanma ilə bitdi - yaralının vəziyyəti ağırdır

Tərtərdə bıçaqlanma hadisəsi baş verib.

News24.az xəbər verir ki, rayon sakini 1991-ci il təvəllüdlü Rəşad Süleymanlı həmyerlisi 1989-cu il təvəllüdlü Sərxan Əlizadəyə bir neçə dəfə bıçaqla xəsarət yetirib.
İki gəncin arasındakı hadisənin qız üstündə baş verdiyi bildirilir.
Yaralı S.Əlizadə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.