Melioidoz epidemiyası: Ölənlər var
    • Dünən, 16:20
    • 312

Melioidoz epidemiyası: Ölənlər var

2024-cü ilin noyabrında güclü yağışlar başlayandan bəri Avstraliyanın Kvinslend ştatında 125 melioidoz hadisəsi qeydə alınıb. Şimaldakı Taunsvil şəhərində yaşlı bir kişinin ölümü ilə əyalətdə melioidoz xəstəliyindən ölənlərin sayı 20-yə çatıb. Güclü yağışların davam edəcəyi gözlənilən Kvinslenddə səlahiyyətlilər yaşlı və xroniki xəstələri palçıqdan uzaq durmağa çağırıb.

News24.az xəbər verir ki, melioidoz palçıq hissəciklərinin inhalyasiyası və ya çirkli su ilə təmas yolu ilə ötürülür.

Prof. Dr. Paul Griffin, epidemiyanın səbəb olduğu ölümlərin gözləniləndən çox olduğunu, hadisələrin azaldılması və can itkisinin qarşısının alınması üçün insanların məlumatlandırılması lazım olduğunu ifadə edib.

Günel Məlikzadə