
-
- Dünən, 16:22
- 519
"Sevil və Sevinci oğluma almazdım"
Müğənni Xatirə İslam həmkarı Sevil və Sevinc Səfərova bacıları haqda açıqlaması ilə gündəmə gəlib.
News24.az xəbər verir ki, sənətçi "Afaqla onlar" verilişində bunları deyib:
"Sevil Sevincdən xoşum gəlir. Böyük oğlum olsaydı, onları almazdım. Onlar qısa geyinirlər. İstəyirəm, gəlinim evdə otursun, qəşəng yemək bişirsin, çay dəmləsin. Yeyim, bir az kökəlim. Əkizlər o qədər gözəldirlər, həmişə göz önündədirlər. Qısqanc adamam".
Xatirə bir müddət əvvəl verdiyi "Böyük oğlum olsaydı, Aygün Bayramovanı alardım" açıqlaması haqda suala "Kimi demişəm? Xatırlamıram. Aygün Bayramova? Doğrudan? Yox, o yemək bişirən adama oxşamır, acından ölərdim. Sağ olsun. Yaxşı muğamlar oxusun" cavabını verib. (Axşam.az)