"Azərsu" ağacları susuz qoyub - ETSN MƏHKƏMƏYƏ VERİR
    • 2-08-2019, 17:25
    • 944

"Azərsu" ağacları susuz qoyub - ETSN MƏHKƏMƏYƏ VERİR

Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət, Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda “Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib. Faktla bağlı “Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.