Ağac kəsən cəzalandırıldı- ETSN
    • 27-03-2020, 14:45
    • 720

Ağac kəsən cəzalandırıldı- ETSN

Zaqatala rayonu, Çüdülü Binə adlanan  massivdə ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil  olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafər News24.az-a jurnalistlərə bildirib ki,  sözügedən əraziyə keçirilən baxış zamanı 9 ağacın kəsildiyi və təbiətə 28400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Araşdırma zamanı ağacların Zaqatala rayonu Paşan kənd sakini Bazov Bazayev tərəfindən kəsildiyi məlum olub və faktla bağlı  akt tərtib edilib.

"Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin üçün sənədlər hüquq mühafizə orqanlarına  göndəriləcək".