18 yaşlı futbolçu vəfat etdi
    • 22-03-2025, 03:18
    • 335

18 yaşlı futbolçu vəfat etdi


“Pekin Guan” klubunun futbolçusu Quo Ciayuan təlim-məşq toplanışı zamanı aldığı kəllə-beyin travmasından xəstəxanada dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə “Bavariya”nın mətbuat xidməti məlumat yayıb.

18 yaşlı çinli futbolçu İspaniyada “Alkobendas”la Çin Futbol Federasiyasının təşkil etdiyi məşq matçında baş nahiyəsindən xəsarət alıb.

Hadisə nəticəsində futbolçuya beyin ölümü diaqnozu qoyulsa da, onun həyatı süni şəkildə dəstəklənib. Lakin ötən gün Quo Ciayuanın öldüyü məlum olub.

Qeyd edək ki, 2023-cü ildə gənc futbolçu “Bavariya”ya məşq etməyə dəvət olunub.