
-
- 23-03-2025, 23:33
- 482
Bu ərazidə əməliyyatlar BAŞLADI
İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinin Tel-Sultan bölgəsinin sakinlərini şimala getməyə çağırıb.
Bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Aviçai Edri bildirib.
Vurğulanıb ki, evakuasiya yalnız xüsusi ayrılmış marşrutlar üzrə mümkündür və avtomobillə hərəkət qadağandır. Bundan başqa, İsrail ordusunun mətbuat xidməti Qəzza zolağının şimalındakı Beyt Hanun bölgəsində quru əməliyyatına başlandığını elan edib./milli.az