Nikoldan Bakıya şok iddia: Sərhəddə kimin bayrağını “görüb”?
    • 22-03-2025, 01:52
    • 352

Nikoldan Bakıya şok iddia: Sərhəddə kimin bayrağını “görüb”?


Ermənistanın İctimai Televiziyasına müsahibəsində Baş nazir Nikol Paşinyan qəribə bəyanatla çıxış edib.

Axar.az xəbər verir ki, o, Ermənistan tərəfdən hər zaman sərhəddə 3-cü qüvvələrin olmasına bəraət qazandırmaq üçün yalan iddia səsləndirib.

“Belə bir təəssürat var ki, Azərbaycan tərəfdə sərhəddə heç vaxt heç bir üçüncü qüvvə olmayıb, amma biz zaman-zaman üçüncü qüvvənin nümayəndələrini, bayraqları və s. görmüşük”, - Paşinyan bildirib.

Maraqlıdır, Naxçıvanla sərhəddə mis-molibden zavodunu “qorumaq” üçün ABŞ bayrağını qaldıran da, illərdir sərhəddə “müşahidə missiyası” adı ilə AB bayrağını dalğalandıran da Ermənistandır.

Azərbaycanın sərhədə hansı “3-cü ölkənin” nümayəndələrini göndərib?

Paşinyan ad çəkməyib və təbii ki, çəkə də bilməz. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycanın bütün sərhədi boyunca yalnız bir bayraq dalğalanır və sərhədimizdə də yalnız Bir Güc dayanır: Azərbaycan Bayrağı və Azərbaycan Ordusu!