-
- 2-08-2019, 21:28
- 865
Rusiyadan qaçıb Bakıda gizlənən “Ağdam bandası”nın killer başçısına 13 il həbs verildi
Rusiya istintaqından qaçaraq Azərbaycanda gizlənmiş Murad Məmmədovun Bakıda məhkəməsi olub.
News24.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Sankt-Peterburqda cinayətkar qruplaşmanın üzvü olan Murad 13,6 il azadlıqdan məhrum edilib. 1962-ci il təvəllüdlü Məmmədov Sankt-Peterburqun İstintaq orqanları tərəfindən ağır cinayətlər törətməkdə ittiham olunub və axtarışa verilib.
Məlumata görə, dəstə üzvü Sankt-Peterburqda əsasən Ağdam rayonundan Rusiyaya gedənlərdən ibarət qruplaşma yaradıb. Dəstə üzvləri sifarişli qətllər törədirmiş. Belə ki, 2007-ci ilin noyabrında Məmmədov həmyerliləri ilə birlikdə yerli müəssələrdən birinin rəhbərindən ayda 10 min rubl xərac istəyib. 2009-cu ildən pulu verməkdən imtina edən sahibkarın əvvəlcə avtomobili yandırılıb, 2009-cu ilin aprelində isə 22 yaşlı qızı öldürülüb.
Cinayətdən axtarışda olan Murad Azərbaycanda gizlənib. Daha sonra onun Rusiya vətəndaşlığı ləğv edilib.
Məmmədovun barəsində istintaq materialları Azərbaycanın hüquq-mühafizə orqanlarına təqdim edilib. Həmin materiallar əsasında Murad Məmmədov 13 il 6 ay azadlıqdan məhrum edilib.
Dəstənin digər üzvləri barəsində də Rusiyanın məhkəmə instansiyaları tərəfindən ittiham aktları tərtib olunub.