Bakıda kriminal dəstə üzvləri Elşəni maşının baqajına basıb apardı – ŞOK CİNAYƏTDƏN TƏZƏ XƏBƏR
    • 27-06-2019, 13:10
    • 1 996

Bakıda kriminal dəstə üzvləri Elşəni maşının baqajına basıb apardı – ŞOK CİNAYƏTDƏN TƏZƏ XƏBƏR

Bakıda adam oğurluğu cinayətinə görə məsuliyyətə cəlb edilmiş şəxsin məhkəməsi başlayacaq.

News24.az-ın məlumatına görə, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.6-cı, yəni, adam oğurluğu - tamah məqsədi ilə və ya sifarişlə törədildikdə maddəsi ilə cinayət işi açılmış Hüseynli Əli Asif oğlunun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Mirzə Xankişiyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, məlum cinayət ii üzrə Günəşov Elşən Valeh oğlu zrərçəkən şəxs qismində tanınıb.

Şirvan şəhər sakini olan 25 yaşlı Əli Hüseynli "qanuni oğru", cinayətkar aləmdə Rafet Əlibayramlinski ləqəbi ilə məşhur olan Əmirov Rafet Əlirza oğlunun qardaşı Rüfət Əmirovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvü olub. Qeyd edək ki, azərbaycanlı mafiya başçısı Nadir Səlifova (Lotu Quli) yaxınlığı ilə tanınan Rafet Əlibayramlinski hazırda Türkiyədə yaşayır.

Rusiyada tutulandan sonra Şirvana etap edilən Əli Hüseynli 2017-ci ildən etibarən cinayət əməllərinə görə axtarışda olub. Cinayət işinin materiallarına görə, 6 nəfərlik cinayətkar qrup 2017-ci ildə Binəqədi rayonunda Elşən Günəşovu oğurlayıblar. Cinayətkarlar Günəşovu döyərək avtomobilin baqajına basıblar. Günəşov oradan qaçaraq polisə şikayət etməyə müvəffəq olub. İşin araşdırılması ilə AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları məşğul olub. Cinayətkar qruplaşmanın üzvləri Şirvan sakinləri olduğundan, onların axtarışını elan etmək Şirvan şəhər Polis İdarəsinə həvalə edilib. Qruplaşmanın bütün üzvləri - Rüfət Əmirov (Rafet Əlibayramlinskinin qardaşı), Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov və İsmayıl İbrahimov 2017-ci ilin iyulunda, demək olar ki, hadisədən dərhal sonra saxlanılıblar. Həmin ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi onları müxtəlif müddətlərə azadlıqdan məhrum edib. Rusiyaya qaçan Əli Hüseynli isə sonradan tutularaq Azərbaycana gətirilib.