-
- 16-10-2018, 12:40
- 912
Oğrunu dayandırmaq istəyən azərbaycanlı ürəyindən bıçaqlandı
Sankt-Peterburqun Vıborqsk rayonunun hüquq-mühafizə orqanları rayon ərazisində 24 saat işləyən mağazalardan birində qarət faktını araşdırır.
Rusiya KİV-i xəbər verir ki, cinayət hadisəsi oktyabrın 15-i, gecə saatlarında baş verib.
Məlumatlara əsasən, naməlum şəxs Engels prospektindəki mağazalardan birinə daxil olub. O, satıcının satış zalında olmamasından istifadə edərək, kassadan 10 min rubl götürüb.
Qarətin şahidi 38 yaşlı Azərbaycan vətəndaşı olub. O, cinayətkarı dayandırmaq istəsə də, ürəyindən bıçaqlanıb.
Cinayətdən sonra oğru hadisə yerindən qaçıb, zərərçəkmiş isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
//Oxu.az