
-
- 22-03-2025, 18:48
- 407
Bu universitet 400 minlik avtonəqliyyat vasitələri alır
Naxçıvan Dövlət Universiteti (NDU) yeni avtonəqliyyat vasitələri alır.
News24.az Trend-ə istinadən xəbər verir ki, NDU artıq bununla bağlı müvafiq işlərə başlayıb.
Belə ki, universitet 10 tonluq su tankeri və 18+1 yerlik VİP nəqliyyat vasitəsini almağı planlaşdırır.
NDU hazırda nəqliyyat vasitələrini sifariş verəcək şirkət axtarışındadır.
Universitet sözügedən avtonəqliyyat vasitələrini təhvil verəcək şirkətə təqribən 398 500 manat ödəməyi nəzərdə tutub.