
-
- 24-03-2025, 19:25
- 403
Ronaldo Ginnesin Rekordlar Kitabına düşdü - FOTOFAKT
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo adını Ginnesin Rekordlar Kitabına yazdırıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, 40 yaşlı ulduz buna milli komandalar tarixində ən çox – 132 qələbə qazanan futbolçu kimi nail olub. Bununla bağlı sertifikat ona Millətlər Liqası çərçivəsində baş tutan Danimarka ilə matçdan əvvəl təqdim olunub.
Qeyd edək ki, milli komandada çıxış etdiyi bütün müddət ərzində futbolçu 218 oyun keçirib, 135 qol vurub və 46 məhsuldar ötürmə edib.
