İranda bayram günlərində yol qəzalarında 242 nəfər öldü
    • 24-03-2025, 18:50
    • 244

İranda bayram günlərində yol qəzalarında 242 nəfər öldü

İranda son doqquz gündə yol -nəqliyyat qəzaları nəticəsində 242 nəfər ölüb, 7561 nəfər xəsarət alıb.

News24.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə Yol Patrul Xidmətindən bildirilib.

Məlumata görə, hadisələr nəticəsində ən çox ölüm halları Kerman (27), Fars (21), Xorasan-Rəzəvi (20), Sistan və Bəlucistan (20), Xuzistan (15) əyalətlərində qeydə alınıb.

Bildirilib ki, Novruz bayramı günlərində nəqliyyat vasitələrinin ən yüksək hərəkəti Tehran, Əl-Borz, Gilan, Fars, Xorasan-Rəzəvi, Mazandaran, Şərqi Azərbaycan və Xuzistan əyalətlərində olub./Sfera.az