Bu qan qrupuna malik olanlar GEC QOCALIR
    • 23-03-2025, 14:51
    • 545

Bu qan qrupuna malik olanlar GEC QOCALIR


Aparılan elmi araşdırmalar nəticəsində məlum olub ki, B qan qrupu olan şəxslər digər qruplara nisbətən gec yaşlanır.

News24.az axar.az-a istinadən bildirir ki, bu barədə Yaponiya nəşr olunan "Experimental Gerontology" jurnalında dərc edilən məqalədə bildirilib.

Məlumatda deyilir ki, B qan qrupu olan şəxslərin hüceyrə bərpası və metobolik prosesləri daha effektiv olur. Ona görə də onlar digər qruplara nisbətən gec yaşlanırlar.

Qeyd edək ki, dünya əhalisinin sadəcə 10%-i B qan qrupuna sahibdir.