
-
- 23-03-2025, 16:30
- 416
Keçmiş prokuror mənzilində ÖLÜ TAPILDI
ABŞ-ın keçmiş prokuroru Cessika Aber Virciniya ştatının Aleksandriya şəhərindəki mənzilində ölü tapılıb.
Publika.az xəbər verir ki, bu barədə şəhər polisi X sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, polis əməkdaşları onun meyitini martın 22-də səhər saatlarında aşkar ediblər.
"Aleksandriya Polis İdarəsi qadının şəxsiyyətini təsdiq edə bilib. Bu, 43 yaşlı Cessika Aber, Virciniya ştatının Şərq Bölgəsi üzrə keçmiş ABŞ prokurorudur", - bəyanatda deyilir.
Aber ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən federal prokuror vəzifəsinə təyin edilib . O, 2021-ci ildən 2025-ci ilə qədər bu vəzifədə olub.