Benzin vurmaq, banka pul köçürmək olmur - HÜCUM
    • 26-03-2025, 14:45
    • 329

Benzin vurmaq, banka pul köçürmək olmur - HÜCUM

Rusiyanın iri şirkətləri haker hücumuna məruz qalıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, hakerlərin hücumuna ən çox “Lukoyl” neft şirkəti məruz qalıb. Bildirilib ki, şirkətin yanacaqdoldurma məntəqələrində müştərilər kart vasitəsilə ödəniş edə bilmir, əməkdaşlar iş kompüterlərinə daxil olmaqda çətinlik çəkirlər.

Bundan başqa, Rusiyada Sürətli Ödəniş Sistemi də fəaliyyətini dayandırıb. İstifadəçilər heç bir banka pul köçürə və ya alış-veriş üçün ödəniş edə bilmirlər./Axar.az