
-
- 26-03-2025, 14:25
- 412
Gürcüstanın Bakıdakı səfiri geri çağırılır
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bu ilin iyunun 1-də vəzifəsindən geri çağırılacaq.
News24.az Teleqraf-a istinadla xəbər verir ki, bununla bağlı Gürcüstan Baş naziri İrakli Kobaxidze fərman imzalayıb.
Fərman təsdiqlənməsi üçün Gürcüstan Prezidenti Mixail Kavelaşviliyə təqdim olunub.
Qeyd edək ki, Z.Pataradze 2018-ci ilin avqustundan Gürcüstanın Azərbaycandakı səfiridir. Ötən ilin dekabrında səfirin səlahiyyət müddəti bu ilin aprelin 1-dək uzadılmışdı.