Portreti Trampın xoşuna gəlmədi
    • 24-03-2025, 22:12
    • 401

Portreti Trampın xoşuna gəlmədi

ABŞ Prezidenti Donald Tramp Kolorado ştatının Qanunvericilik Assambleyasının binasındakı portretini bəyənməyib.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, Tramp rəssam Sara Bordman tərəfindən çəkilən portreti tənqid edib.

Onun sözlərinə görə, heç kim pis fotoları və ya “özünün yararsız portretlərini” sevmir.

“Kolorado ştatının Kapitoliyasında digər prezidentlərlə yanaşı qoyulan mənim şəklim qəsdən təhrif edilib”.

O, Boardmanın yaşla əlaqədar istedadını itirdiyini söyləyib.