Ofislərdəki bu aparat xəstəlik mənbəyidir
    • 24-03-2025, 23:36
    • 595

Ofislərdəki bu aparat xəstəlik mənbəyidir

Əksər ofislərdə xüsusi maşınlarında hazırlanan qəhvənin tərkibində xolesterin səviyyəsini artıran yüksək miqdarda maddələr var. 

Bunu Uppsala Universiteti və Çalmers Texnologiya Universitetindən bir qrup isveçli alim aşkar ediblər.

News24.az “Cebheinfo.az”-a istinadla xəbər verir ki, tədqiqat “Nutrition, Metabolism & Cardiovascular Disease”s (NMCD) elmi jurnalında dərc olunub.

Komanda İsveçdə iş yerlərində istifadə edilən 14 qəhvə maşınının qəhvəsini analiz edib. Məlum olub ki, belə qəhvənin tərkibində kağız filtrli adi qəhvədəmləyənlərdə hazırlanan qəhvədən xeyli çox diterpen - kafestol və kahveol var.

Bu maddələrin ürək xəstəliyi riskini artıra bilən LDL xolesterolu ("pis" xolesterol) artırdığı bilinir.

“Filtrləmə prosesi çox vacibdir. Bütün qəhvə maşınları bu maddələri effektiv şəkildə süzgəcdən keçirə bilmir və onların konsentrasiyası maşının növündən və dəmləmə müddətindən asılı olaraq dəyişə bilər”, - tədqiqatın rəhbəri Devid İqqman bildirib. Alimlər müxtəlif üsullarla hazırlanan qəhvəni də müqayisə ediblər və qəhvə dəmləyən maşınlar (ən çox ofislərdə istifadə olunur) diterpenlərin ən yüksək səviyyəsini göstərib.

Səviyyələr espresso maşınları arasında dəyişib, lakin bəzi nümunələrdə yüksək səviyyədə diterpenlər də olub.

Qaynamaqla hazırlanan qəhvə bütün zərərli maddələrin tərkibinə görə lider olub. Eyni zamanda kağız süzgəcindən süzülmüş qəhvə daha az zərərli çıxıb.

Tədqiqatçılar diterpen səviyyəsini azaltmaq üçün kağız filtrli qəhvədəmləy