
-
- 27-03-2025, 17:35
- 592
Yanğında ölən 25 yaşlı dünya çempionunun FOTOSU
Uludağda hoteldə baş vermiş yanğında ölənlərdən biri Türkiyə idmançısı, xizək alpinizmi üzrə dünya çempionu Berkin Ustadır.
News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün baş verən yanğın zamanı hoteldə 12 nəfər olub.
Doqquz nəfər xəsarət almadan hoteli tərk edib. Digər üç nəfər xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb.
Yanğın zamanı Berkin Usta ilə birlikdə onun valideynləri də həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, o 29 may 2000-ci ildə Bursada anadan olub. Berkin Usta İstanbul Bilgi Universitetində Beynəlxalq Ticarət və Biznes Departamentində təhsilini davam etdirirdi./Metbuat.az

