Netflix-in 1 milyard dollar sərmayə qoyacağı ölkə - AÇIQLANDI

Netflix-in 1 milyard dollar sərmayə qoyacağı ölkə - AÇIQLANDI Maraqlı

Netflix-in baş direktoru Ted Sarandos 4 il ərzində Meksikaya 1 milyard dollar sərmayə qoyacaqlarını söyləyib.

News24.az bildirir ki, Netflix-in baş icraçı direktoru (CEO) Ted Sarandos Meksika prezidenti Klaudiya Şeynbaumun Mexikoda keçirdiyi mətbuat konfransında danışıb.

Sarandos buradakı çıxışında Meksikanın şirkət üçün əhəmiyyətindən danışdı və Netflix istehsalının ölkədəki iqtisadi təsirinə diqqət çəkdi.

Bunun bir parçası olmaq istədiklərini ifadə edən Sarandos, "Netflix-in önümüzdəki 4 il ərzində Meksikada serial və film istehsalına 1 milyard dollar sərmayə qoyacağını elan etməkdən xoşbəxtəm".- deyə qeyd edib.

Zəhraxanım Şeydayeva