Bir şeirə görə həbs edilən Ərdoğanın PREZİDENTLİK YOLU
    • Dünən, 17:00
    • 456

Bir şeirə görə həbs edilən Ərdoğanın PREZİDENTLİK YOLU

"Minareler süngü, kubbeler miğfer; camiler kışlamız, müminler asker".

Bu şeiri səsləndirən Ərdoğan, 6 dekabr 1997-ci ildə Siirtdə “açıq yığıncaqda çıxışı zamanı xalqı sinfi, irqi, dini, məzhəbinə görə nifrət və düşmənçiliyə sövq etdiyi” iddiası ilə 10 ay həbs cəzasına məhkum edilib. Ərdoğan bələdiyyə sədri vəzifəsindən istefa verərək 1999-cu il martın 26-da həbsxanaya girib. O, dörd ay on gün həbsdə yatdıqdan sonra 24 iyul 1999-cu ildə azadlığa çıxıb.

News24.az xəbər verir ki, bu hadisə Ərdoğana siyasi səhnədə uğur qazandırdı, siyasi mövqelərini bildirməyənlər belə ona dəstək verməyə başladılar.

Beləliklə, Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan necə prezident oldu?

Videomaterialda:


Günel Məlikzadə