Minilliyin ilk insanı vəfat etdi
    • 26-03-2025, 08:17
    • 301

Minilliyin ilk insanı vəfat etdi

Çində 25 yaşında "minilliyin uşağı" kimi tanınan Syan adlı qız vəfat edib. O, 1 yanvar 2000-ci il tarixində, saat tam 00:00-da dünyaya gəlib.

News24.az oxu.az-a istinadən xəbər verir ki, qızın vəfat xəbərini anası sosial şəbəkələrdə paylaşıb.

O yazıb ki, qızının ölüm səbəbi ürəyin qəflətən dayanması olub.

Qeyd edək ki, Syan çin dilindən tərcümədə məhz "minillik" deməkdir.