
-
- 26-03-2025, 12:46
- 282
Qazaxıstan Ukrayna ilə danışıqlara başladı
Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sisteminin təhlükəsizliyinin təmin edilməsi məsələsində Ukrayna ilə əlaqədədir, tərəflər müvafiq danışıqlar aparırlar.
News24.az Axar.az -a istinadən xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Kuantırov deyib.
“Biz Ukrayna tərəfi ilə əlaqədəyik, bu məsələ (CPC-nin təhlükəsizliyi) ilə bağlı danışıqlar gedir”, – Kuantırov bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi martın 24-nə keçən gecə CPC-nin Krasnodar diyarındakı “Kropotkinskaya” neft nasos stansiyasına hücuma cəhd edən PUA-nın obyektdən yeddi kilometr məsafədə vurulduğu barədə məlumat yaymışdı.